Türkiyənin İzmir şəhərində keçirilən LOGISTECH sərgisi çərçivəsində Türkiyə və Azərbaycanın qadın logistika nümayəndələrinin görüşü təşkil olunub.
UTİKAD-ın Qadın Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə UTİKAD-ın Qadın Komitəsinin sədri Ayfer Vurgunun ev sahibliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Qadın Komitəsinin üzvləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə AGTL-in Qadın Komitəsinin sədri Lamiyə xanım rəhbərlik edib.
Görüşün məqsədi Türkiyə və Azərbaycan arasında logistika sahəsində qadın mütəxəssislər arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
.jpg)
(3).jpg)
(3).jpg)
(3).jpg)

