Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Gömrük Təmsilçiliyi Komitəsi sərhəd keçid məntəqələrində KOB-ların sığorta təminatı və əməliyyat risklərinin müzakirəsi məqsədilə “Paşa Sığorta” şirkəti ilə işgüzar görüş keçirib.
Görüşdə gömrük təmsilçiliyi şirkətlərinin nümayəndələri və “Paşa Sığorta”nın nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı gömrük rəsmiləşdirilməsi, logistika və tranzit əməliyyatları zamanı daşınan yüklərlə bağlı risklər, məsuliyyət sığortası, yükün zədələnməsi və gecikmələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin sahə üçün uyğun sığorta həlləri və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Sonda tərəflər arasında qarşıdakı zamanda qarşılıqlı əməkdaşlıq üzrə birgə addımların atılması məsələləri vurğulanıb.


#AGTL #gömrük #logistics #customs

