Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır.
Mütəxəssislərin fəaliyyətinin qiymətləndirməsi ildə 2 (iki) dəfə (yanvar ayının 1-dən iyun ayının 30-dək və iyul ayının 1-dən dekabr ayının 31-dək olan dövr ərzində) sistem vasitəsilə avtomatik qaydada həyata keçiriləcək və mütəxəssislər qiymətləndirmənin nəticəsinə dair “çıxarış sənədi”ni şəxsi kabinet vasitəsilə əldə edə biləcəklər.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi layihənin tətbiqi gömrük təmsilçiləri tərəfindən gömrük qanunvericiliyinə könüllü riayət mədəniyyətinin formalaşdırılmasına, tərtib edilmiş gömrük bəyannamələrinin keyfiyyət göstəricilərinin artırılmasına, gömrük əməkdaşı tərəfindən gömrük bəyannaməsinin yoxlanılması prosesinin operativ qaydada aparılmasına, həmçinin malların gömrük rəsmiləşdirilməsi prosesinin sürətli və sadələşdirilmiş qaydada həyata keçirilməklə vaxt və xərc itkisinin minimuma endirilməsinə tövhə verəcəkdir.