Fortis Broker MMC AGTL-ə üzv qəbul olunub

Fortis Broker MMC AGTL-ə üzv qəbul olunub

Fortis Broker MMC AGTL-ə üzv qəbul olunub

Fortis Broker MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına üzv qəbul edilib. Bununla əlaqədar olaraq şirkətə assosiasiyaya üzvlüyünü təsdiqləyən sertifikat təqdim olunub.

Bildirilib ki, bu üzvlük Fortis Broker MMC-nin gömrük təmsilçiliyi və logistika sahəsində peşəkar, etibarlı və müvafiq tələblərə uyğun fəaliyyət göstərdiyini təsdiqləyir. Sözügedən üzvlük şirkətin sektor üzrə əməkdaşlıq imkanlarının genişlənməsinə, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcək.

#AGTL #gömrük #logistics #customs