Assosiasiyada 2025-ci il üzrə mükafatlandırma mərasimi keçirilib

Assosiasiyada 2025-ci il üzrə mükafatlandırma mərasimi keçirilib

Assosiasiyada 2025-ci il üzrə mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüş çərçivəsində 2025-ci il üzrə fəaliyyət göstəricilərinə əsasən bir sıra üzv şirkətlər və fərdi nümayəndələr müxtəlif nominasiyalar üzrə sertifikat və mükafatlarla təltif olunublar. Mükafatlandırma maliyyə dəstəyi, innovasiya, strateji tərəfdaşlıq, logistika xidmətlərində peşəkarlıq və dayanıqlı inkişaf istiqamətlərini əhatə edib.

2025-ci il üzrə fəaliyyət göstəricilərinə əsasən GBL GROUP QSC “Assosiasiyanın əsas maliyyə dəstəkçisi” nominasiyası üzrə sertifikatla təltif olunub. Şirkətin assosiasiyanın maliyyə dayanıqlığının gücləndirilməsində rolu vurğulanıb.

CASPIAN AS MMC 2025-ci il üzrə “İlin ən fəal üzv şirkəti” nominasiyası ilə mükafatlandırılıb. Şirkətin assosiasiya tədbirlərində fəal iştirakı diqqət çəkib.
 

Daemon Transport MMC 2025-ci il üzrə “Assosiasiya tədbirlərində ən aktiv iştirakçı” nominasiyası üzrə sertifikat alıb. Şirkətin təşəbbüskarlığı yüksək qiymətləndirilib.

İKRA LOGİSTİKA MMC “Logistika sektorunda aparıcı brend” nominasiyası üzrə mükafata layiq görülüb. Şirkətin bazardakı mövqeyi və xidmət keyfiyyəti ön plana çıxıb.

FOOD CITY AGROCOMPLEX MMC aqro-logistika üzrə anbar və xüsusi prosedurların effektiv idarə olunmasına görə sertifikatla təltif edilib.

Uniser Group MMC 2025-ci il üzrə “İnnovativ yanaşma və inkişaf” nominasiyası ilə mükafatlandırılıb. Şirkətin yenilikçi fəaliyyət modeli vurğulanıb.

Heritus Logistics MMC “İlin strateji tərəfdaşı” nominasiyası üzrə sertifikat alıb. Davamlı əməkdaşlıq modeli diqqət çəkib.

Logitrans Azerbaijan MMC 2025-ci il üzrə “Assosiasiyanın dəyər daşıyıcısı” nominasiyası ilə təltif olunub.

GÜLTƏKİN LOGISTICS MMC iri həcmli logistika əməliyyatlarında etibarlılığa görə mükafatlandırılıb.


 
Lamiyə Xəlilova qadın sahibkarların dəstəklənməsi sahəsində liderlik fəaliyyətinə görə sertifikatla mükafatlandırılıb.


CITRINA LOGISTICS MMC logistika proseslərinin optimallaşdırılması üzrə nümunəvi şirkət nominasiyasına layiq görülüb.


 
SARA LOGISTICS MMC “Dəmir yolu daşımaları üzrə strateji tərəfdaş” nominasiyası ilə təltif edilib.


 
“166 Logistika” şirkəti ölkədaxili logistika xidmətləri üzrə lider nominasiyası ilə mükafatlandırılıb.



MG TRANSPORT MMC milli logistika bazarında dayanıqlı inkişaf nominasiyası üzrə sertifikat alıb.


 
MBM Group MMC 2025-ci il üzrə üzvlərarası əməkdaşlığa verdiyi töhfəyə görə təltif olunub.


 
SR GROUP COMPANY gömrük təmsilçiliyi üzrə hüquqi və əməliyyat dəqiqliyinə görə mükafatlandırılıb.


 
AZBAYSPED MMC tranzit və beynəlxalq daşımalar üzrə güclü tərəfdaş nominasiyası ilə təltif olunub.



AZSHIPPING MMC 2025-ci il üzrə “Gənc və perspektivli biznes modeli” nominasiyası ilə sertifikatla təltif edilib.


Tədbir B2B formatlı işgüzar danışıqlarla davam edib və qarşılıqlı əməkdaşlıq mühitində yekunlaşıb.