Logostika, hüquq, vergi və mühasibatlıq, insan resursları kimi əsas biznes sahələrini əhatə edən Azərlegal Group Şirkətlər qrupu Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlük üçün müraciət edib.
Görüş zamanı qrupun fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlər və müxtəlif biznes sahələrində qazandığı təcrübə barədə ətraflı məlumat verilib. Tərəflər arasında əməkdaşlıq imkanları, sektor üzrə mövcud çağırışlar və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, AGTL çərçivəsində üzvlük gələcəkdə təcrübə mübadiləsinin genişlənməsinə, biznes əlaqələrinin güclənməsinə və logistika ilə bağlı fəaliyyət istiqamətlərində yeni imkanların formalaşmasına töhfə verə bilər. Tərəflər qarşılıqlı əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.


#AGTL #gömrük #logistics #customs

