Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının üzvləri sosial məsuliyyət təşəbbüsü çərçivəsində 14 fevral tarixində "Ümid Yeri" Uşaq Sığınacağına səfər ediblər.
Assosiasiyanın rəhbərliyi, nümayəndələri və üzv şirkətlərin təmsilçiləri sığınacaqda müvəqqəti yaşayan uşaqlarla görüşərək onların gündəlik qayğıları ilə maraqlanıblar. Səfər çərçivəsində uşaqlara sovqatlar təqdim olunub, eyni zamanda qurban payları çatdırılıb.
Qeyd edilib ki, keçirilən xeyriyyə aksiyası həssas sosial qruplara diqqətin artırılmasına və uşaqlara mənəvi dəstəyin göstərilməsinə yönəlib. Tədbir çərçivəsində uşaqlarla səmimi söhbətlər aparılıb, onlarla birlikdə vaxt keçirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)

