Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşları "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" adlı konfransda iştirak ediblər.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən konfransda aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına dair çıxışlar olub. Həmçinin KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
#AGTL #KOBIA #COP29 #konfrans