Memorandum çərçivəsində biznes əlaqələrinin genişləndirilməsi, şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində mühüm addım atılıb.
AGTL-in sədri Vüsal Qasımov Biznes Mərkəzi Klubunun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə AGTL-nin, Fayda iş adamları platformasının üzv şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində keçirilən B2B görüşlər iştirakçılara yeni işgüzar əlaqələr qurmaq, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb.
AGTL olaraq üzv şirkətlərimizin biznes əlaqələrinin genişləndirilməsini, yeni tərəfdaşlıqların qurulmasını, gömrük və logistika sektorunda əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik.

.jpeg)
.jpeg)

.jpeg)



