AGTL rəhbərliyi və üzvləri SARA Logistics LLC-nin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri SARA Logistics LLC-nin ofisini ziyarət edib

AGTL rəhbərliyi və üzvləri SARA Logistics LLC-nin ofisini ziyarət edib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri Sara Logistics MMC-nin ofisini ziyarət edib

1 aprel 2026-cı il tarixində AGTL rəhbərliyi və üzvləri Azera Holdingin tərkibində fəaliyyət göstərən Assosiasiya üzvü - Sara Logistics MMC-nin ofisinə ziyarət ediblər, şirkətin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş çərçivəsində şirkətin logistika sahəsində həyata keçirdiyi fəaliyyətlər və perspektiv istiqamətlər müzakirə olunub.

Görüşdə Azera Holdingin direktoru, AGTL-in sədri, Sara Logistics MMC-nin icraçı direktoru və digər rəsmilər çıxış edərək logistika sektorunun mövcud vəziyyəti, qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində fikirlərini bölüşüblər.

Sonda tərəflər arasında əməkdaşlıq imkanları və sektorun inkişafına yönəlmiş birgə təşəbbüslər nəzərdən keçirilib.

#AGTL #gömrük #logistics #customs