Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) üzvləri Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində bir araya gəliblər.
Tədbir çərçivəsində Assosiasiya üzvləri arasında səmimi fikir mübadiləsi aparılıb, sektorun inkişaf perspektivləri və əməkdaşlıq imkanları müzakirə olunub. Görüş həmçinin üzvlər arasında əlaqələrin möhkəmləndirilməsi və işgüzar münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
İftar süfrəsi Ramazan ayının dəyərlərinə uyğun olaraq birlik, həmrəylik və qarşılıqlı dəstək mühitində baş tutub.

