AGTL və Rəqəmsal Logistika Platforması (DLP) arasında işgüzar görüş keçirilib

AGTL və Rəqəmsal Logistika Platforması (DLP) arasında işgüzar görüş keçirilib

AGTL və Rəqəmsal Logistika Platforması (DLP) arasında işgüzar görüş keçirilib

5 noyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Rəqəmsal Logistika Platformasının (DLP) nümayəndələri arasında işgüzar görüş keçirilib.

Görüş çərçivəsində DLP nümayəndələri platformanın fəaliyyəti, funksional imkanları, istifadəçilər üçün yaratdığı üstünlüklər və logistika proseslərinin rəqəmsallaşdırılmasına verdiyi töhfələr barədə təqdimatla çıxış ediblər.

AGTL nümayəndələri tərəfindən platformanın tətbiqi, funksionallığı və sektor iştirakçıları üçün praktiki əhəmiyyəti ilə bağlı suallar ünvanlanıb, eləcə də təkmilləşdirmə və inkişaf istiqamətləri üzrə təkliflər irəli sürülüb.

Müzakirələrin yekunu olaraq tərəflər əməkdaşlığın davamlı əsasda inkişaf etdirilməsi, mütəmadi görüşlərin keçirilməsi və qarşılıqlı fəaliyyətin koordinasiyası məqsədilə birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.