AGTL və “Qarabağ Transport” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və “Qarabağ Transport” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və “Qarabağ Transport” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “Qarabağ Transport” MMC arasında şirkətin üzvlük müraciəti çərçivəsində görüş təşkil olunub.

Görüş zamanı Assosiasiyanın fəaliyyəti, həyata keçirdiyi proqramlar, eləcə də üzv şirkətlər üçün təqdim edilən imkanlar barədə geniş məlumat verilib. Öz növbəsində “Qarabağ Transport” MMC-nin nümayəndələri şirkətin logistik xidmətləri, mövcud əməkdaşlıq istiqamətləri və inkişaf planları barədə məlumat səsləndiriblər.

Tərəflər logistika sektorunda qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş konstruktiv mühitdə davam edib.

#AGTL #gömrük #logistics #customs