AGTL və AYNA arasında beynəlxalq yükdaşımalarda tərəzi problemləri ilə bağlı görüş keçirildi

AGTL və AYNA arasında beynəlxalq yükdaşımalarda tərəzi problemləri ilə bağlı görüş keçirildi

AGTL və AYNA arasında beynəlxalq yükdaşımalarda tərəzi problemləri ilə bağlı görüş keçirildi

Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında beynəlxalq yükdaşımalarda tərəzi nəticələri ilə bağlı yaşanan çətinliklərin müzakirəsi məqsədilə görüş keçirilib. Logistika sektorunda sahibkarların əsassız maliyyə itkisinə səbəb olan tərəzi uyğunsuzluqları görüşün əsas müzakirə mövzusu olub.

AYNA-nı Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov və şöbə müdiri Elman Hacıyev təmsil ediblər. Onlar tərəzi ölçmələri, tətbiq edilən prosedurlar və sahibkarların üzləşdiyi praktiki problemlər barədə geniş məlumat təqdim ediblər.

Görüşdə AGTL sədri Vüsal Qasımov, Assosiasiyanın əməkdaşları və logistika sahəsində fəaliyyət göstərən üzvlər iştirak ediblər. Tərəflər mövcud vəziyyəti, prosesdə yaranan uyğunsuzluqları və həll yollarını müzakirə ediblər.

Tədbirdə sahibkarların qarşılaşdığı real çətinliklərlə bağlı sual-cavab sessiyası keçirilib və AYNA nümayəndələri qaldırılan məsələlərin araşdırılacağını bildiriblər.

#AGTL #AYNA #gömrük #logistics #customs