Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlərini davam etdirir.
Bu çərçivədə 3 noyabr 2026-cı il tarixində AGTL ilə LEXFIN CONSULTING MMC arasında üzvlük müraciəti üzrə görüş baş tutub.
Görüş zamanı şirkətin gömrük təmsilçiliyi sahəsində fəaliyyəti, təqdim etdiyi xidmətlər və iş prinsipləri barədə ətraflı məlumat əldə olunub. Eyni zamanda, gömrük rəsmiləşdirilməsi proseslərində sahibkarlıq subyektlərinə göstərilən dəstək, sahənin mövcud çağırışları və inkişaf perspektivləri müzakirə edilib. AGTL-nin fəaliyyət istiqamətləri və Assosiasiya çərçivəsində əməkdaşlıq imkanları barədə də məlumat verilib.



