3 noyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Honq Konq Xüsusi İnzibati Bölgəsi Hökumətinin İnvestisiyaların Təşviqi Agentliyinin (InvestHK) baş məsləhətçisi Leonid Orlov arasında işgüzar görüş keçirilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, beynəlxalq logistika marşrutları və investisiya imkanları müzakirə olunub.
Həmçinin Azərbaycan və Honq Konq arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, logistika sektoruna investisiyaların cəlb edilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində fikir mübadiləsi aparılıb.




.jpeg)


