Mono Logistics MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlük üçün müraciət edib. Bununla bağlı keçirilən görüşdə şirkətin fəaliyyət istiqamətləri və logistika sahəsində gördüyü işlər barədə məlumat verilib.
Görüş zamanı tərəflər Assosiasiya çərçivəsində əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsi və sektorun inkişafına yönəlmiş təşəbbüsləri müzakirə ediblər. Qeyd olunub ki, üzvlük şirkətlər arasında peşəkar əlaqələrin genişlənməsinə töhfə verə bilər.


#AGTL #gömrük #logistics #customs

