15 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri AGTL-ə üzv olaraq yeni qatılan "U.F.E Shipping MMC"-nin ofisini ziyarət ediblər.
Ziyarət çərçivəsində Assosiasiya nümayəndələri şirkətin fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub. Görüş zamanı logistika və nəqliyyat sektorunun cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb, sektorun inkişafı üçün mühüm məsələlər müzakirə olunub.
Görüşün xüsusi hissəsi olaraq, "U.F.E Shipping MMC"-yə Assosiasiyaya rəsmi üzvlüyünü təsdiq edən "üzvlük sertifikatı" təqdim edilib.
Ziyarətin sonunda tərəflər xatirə şəkli çəkdiriblər.
AGTL bu formatda keçirilən görüşləri üzvlər arasında sinerjinin yaradılması və sektorun sistemli inkişafı baxımından mühüm əhəmiyyətli kəsb edir.




#AGTL #gömrük #logistics #customs

