AGTL rəhbərliyi və üzv şirkətləri İstanbulda keçirilən “Logitrans Türkiye” beynəlxalq sərgisində iştirak edir

11–13 noyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Logitrans Türkiye” beynəlxalq nəqliyyat və logistika sərgisində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzv şirkətləri iştirak edirlər.

Sərgi çərçivəsində AGTL nümayəndələri beynəlxalq tərəfdaşlarla B2B görüşlər keçirir, potensial əməkdaşlıq imkanlarını və yeni biznes əlaqələrinin qurulmasını müzakirə edirlər.

AGTL üzvlərinin bu beynəlxalq platformada iştirakı Azərbaycanın tranzit və logistika potensialının təşviqinə, yerli şirkətlərin beynəlxalq bazarlarda mövqelərinin gücləndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verir.