AGTL rəhbərliyi və nümayəndələri LMS MMC-ni ziyarət ediblər

AGTL rəhbərliyi və nümayəndələri LMS MMC-ni ziyarət ediblər

AGTL rəhbərliyi və nümayəndələri LMS MMC-ni ziyarət ediblər

6 noyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələri logistika sektorunun aparıcı şirkətlərindən biri olan, Assosiasiya üzvü - LMS MMC-nin ofisini ziyarət ediblər.

Görüş çərçivəsində şirkətin fəaliyyəti, təqdim etdiyi logistika xidmətləri və inkişaf istiqamətləri ilə yaxından tanışlıq olub. Eyni zamanda, beynəlxalq və daxili yükdaşımalar sahəsində mövcud vəziyyət, sektor iştirakçılarının qarşılaşdığı aktual çətinliklər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər logistika sektorunda əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi, eləcə də AGTL və üzv şirkətlər arasında birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

AGTL üzv və sektorun digər aparıcı şirkətləri ilə mütəmadi görüşlərin keçirilməsini, onların təcrübə və təkliflərinin öyrənilməsini, həmçinin logistika sektorunun inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsini fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi davam etdirir.