Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktorunun müavini Rifat Sultanzadə Parisdə keçirilən Beynəlxalq Forumda iştirak edib.
Rifat Sultanzadə “Xəzər-Qara dəniz regionunun gələcəyi Türkmənistana qoyulan sərmayələrdən asılıdır” mövzusunda Parisdə keçirilən Beynəlxalq Forum (TEIF 2024) çərçivəsində təqdimatla çıxış edib və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası haqqında beynəlxalq ictimaiyyətə məlumat verib.