Türkiyənin İzmir şəhərində 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiya Sərgisi – LOGISTECH 2026 açılıb.
Fuarizmir Sərgi Mərkəzində keçirilən sərgidə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və assosiasiyanın üzvü olan bir sıra şirkətlər təmsil olunur.
Sərgidə logistika, yükdaşıma, anbar, gömrük və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunur, B2B görüşlər keçirilir.
AGTL və üzv şirkətlərin iştirakı Azərbaycan logistika sektorunun beynəlxalq səviyyədə təmsilçiliyinin genişləndirilməsinə və Türkiyə ilə əməkdaşlığın inkişafına xidmət edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

