AGTL-in Logistika Alt Komitəsinin növbəti toplantısı keçirilib

AGTL-in Logistika Alt Komitəsinin növbəti toplantısı keçirilib

AGTL-in Logistika Alt Komitəsinin növbəti toplantısı keçirilib

AGTL-in Logistika Alt Komitəsinin növbəti toplantısı keçirilib

5 noyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Logistika Alt Komitəsinin İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda Alt Komitənin son üç ay ərzində həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr və logistika sektorunda mövcud vəziyyət ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, beynəlxalq yükdaşımalar zamanı qarşıya çıxan çətinliklər, logistika marşrutlarında mövcud problemlər, onların aradan qaldırılması yolları və sektor iştirakçılarının üzləşdiyi aktual məsələlər diqqət mərkəzində olub.

Müzakirələr çərçivəsində qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Alt Komitənin fəaliyyətinin daha da gücləndirilməsi, üzv şirkətlər arasında koordinasiyanın artırılması və logistika sektorunun inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi ilə bağlı müvafiq hədəflər qarşıya qoyulub.