28.03.2024-cü il tarixində Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Ukrayna Azərbaycan Biznes Assosiasiyası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandum çərçivəsində Ukrayna və Azərbaycanda idxal və ixrac ilə məşğul olan şirkətlərə gömrük və logistika sahəsində dəstək olunması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.