AGTL ilə AZPROMO arasında görüş keçirilib

AGTL ilə AZPROMO arasında görüş keçirilib

AGTL ilə AZPROMO arasında görüş keçirilib

Bakı Biznes Mərkəzində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO arasında rəsmi görüş keçirilib.

Görüşdə gömrük və logistika sahələri ilə bağlı qarşılıqlı fəaliyyətin və əməkdaşlığın perspektivləri, bu sahələrdə mövcud problemlərin müasir həlli ilə bağlı təkliflər müzakirə olunub. 

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edir, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərir və dəstək verir.