AGTL və West-East Forward MMC arasında üzvlük məsələsi üzrə görüş keçirilib

AGTL və West-East Forward MMC arasında üzvlük məsələsi üzrə görüş keçirilib

AGTL və West-East Forward MMC arasında üzvlük məsələsi üzrə görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzvlük müraciəti ilə bağlı West-East Forward MMC şirkəti ilə görüş baş tutub.

Görüş çərçivəsində şirkətin logistika sahəsində fəaliyyəti, AGTL-in həyata keçirdiyi layihələr və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Tərəflər logistika sektorunun inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

AGTL sektorun aparıcı iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsini və logistika ekosisteminin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsini davam etdirir.



#AGTL #gömrük #customs #logistics