AGTL (Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası) 01 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 1120-Q73-3827 qeydiyyata alınmışdır.
AGTL, Beynəlxalq Gömrük Brokerləri Assosiyasiyaları Federasiyasının üzvüdür.
Bizim məqsədimiz:
Missiyamız Azərbaycanda gömrük broker xidmətlərinin inkişafına və bu sahədə fəaliyyət göstərən şirkətlər arasında kommunikasiyanın qurulmasına kömək etməkdən ibarətdir.
Hədəfimiz gömrük işinin təşkili və inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, gömrük broker xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlər arasında bilik və təcrübə mübadiləsinin təmin edilməsinə yardım etmək, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə dəstək verməkdir.